Masazırda bu gün elektrik enerjisi fasilələrlə veriləcək


Digərləri 19 İyn 2019 11:31:00 225 0

Masazırda bu gün elektrik enerjisi fasilələrlə veriləcək

Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bakı. Trend Bu gün saat 13.30-dan 15.30-dək 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə deyib. Yaranmış narahatçılığa görə, “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.