Evliliyi 36 saat çəkən Zerrin Özer xəstəxanalıq oldu


Digərləri 19 İyn 2019 11:20:00 278 0

Evliliyi 36 saat çəkən Zerrin Özer xəstəxanalıq oldu

Bazar günü 34 yaşlı Murat Akıncı ilə evlənən, daha sonra ərinin fırıldaqçı olması səbəbilə boşanmağa qərar verən Zerrin Özer xəstəxanalıq olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Habertürk"ə sənətçinin meneceri Kamal Aslan məlumat verib.

Aslanın sözlərinə görə, Özer evində husşuz vəziyyətdə tapılıb: 

"Zerrin xanım güclü stress keçirib. Evdə özündən gedib. Təcili yardımla xəstəxanaya apardıq. Qan təzyiqi çox yüksəkdir. Həkimlər əllərindən gələni edirlər. Ancaq təzyiq yenidən artır".