"Səbail" daha bir futbolçu ilə yollarını ayırdı


İdman 19 İyn 2019 11:10:00 240 0

"Səbail" daha bir futbolçu ilə yollarını ayırdı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" komandası daha bir futbolçu ilə yollarını ayırıb.

Goal.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi müdafiəçi Maudo Jarjue ilə vidalaşıb. Qvineya-Bisaudan olan 22 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb.

"Səbail" Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya "Universitatya"sı ilə üz-üzə gələcək. İlk oyun iyulun 11-də Bakıda, cavab görüşü iyulun 18-də Krayovada keçiriləcək.

Qeyd edək ki, Maudo Jarjue "Səbail"də çıxış etdiyi iki mövsüm ərzində 50 matçda 4686 dəqiqə forma geyinib.