Qarabağ-ın avrokuboklarda növbəti potensial rəqibləri müəyyənləşəcək


İdman 19 İyn 2019 10:32:00 222 0

Qarabağ-ın avrokuboklarda növbəti potensial rəqibləri müəyyənləşəcək

Qarabağ-ın Avropa kuboklarının növbəti təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.

Goal.az xəbər verir ki, əvvəlcə Çempionlar Liqası üçün püşkatma təşkil olunacaq. Səpələnmişlər səbətində yer alan Qarabağ - Partizani (Albaniya) cütünün qalibi növbəti mərhələdə

Maccabi (Təl-Əviv, İsrail)

Linfield (Şimali İrlandiya) / Rosenborg (Norveç) cütünün qalibi

Dandolk (İrlandiya) / Riga (Latviya) cütünün qalibi

F91 (Düdelange, Lüksemburq) / Valletta (Malta) cütünün qalibi

TNS (Uels) / İlkin raundun qalibi

ilə üz-üzə gələcək.

Qarabağ Partizani səddini keçə bilməsə, mübarizəni ya Avropa Liqasının II, ya da birbaşa III təsnifat mərhələsində davam etdirəcək. Bu, püşkün nəticəsindən asılı olacaq. Rəqib isə 6 cütdən ibarət qrupda I təsnifat mərhələsinin məğlubları olacaq.

BATE (Borisov, Belarus) / Pyast (Qlivitse, Polşa)

Suduva (Litva) / Crvena Zvezda (Serbiya)

Serif (Tiraspol, Moldova) / Saburtalo (Gürcüstan)

Dandolk (İrlandiya) / Riga (Latviya)

Tre Penne (San Marino) / Santa Koloma (Andorra)

Qeyd edək ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq püşkatmala müvafiq olaraq, Bakı vaxtı ilə saat 14:00-da və 15:00-da başlayacaq.