Göldə çimənlər zəhərləndi - 27 nəfər xəstəxanaya düşdü


Digərləri 19 İyn 2019 10:56:00 216 0

Göldə çimənlər zəhərləndi - 27 nəfər xəstəxanaya düşdü

Ukraynada göldə çimən təxminən 27 nəfər zəhərlənib.

Bakı. Ukraynada göldə çimən təxminən 27 nəfər zəhərlənib. Trend-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Xidmətindən bildiriblər. Məlumata görə, hadisə Luqansk rayonunda Pesocni gölündə baş verib. Bildirilir ki, kəskin qastroenterokolit diaqnozu ilə 22 uşaq olmaqla 27 nəfər tibb müəssisəsinə yerləşdirilib. Onların Pesoçnı gölündə "Malibu" çimərliyində istirahət etdikləri məlum olub. Tibb müəssisəsinə müraciət edənlər hamısı göldə çimdikdən sonra özlərini yaxşı hiss etmədiklərini bildiriblər.