“Dünənki sərəncamla 950 min insanın maaşı artıb”


Digərləri 19 İyn 2019 10:48:00 272 0

“Dünənki sərəncamla 950 min insanın maaşı artıb”

Minumum əməkhaqqının artması nəticəsində 950 min insanın əməkhaqqısı artacaq. Bunun 350 min nəfəri özəl sektorda, qalan 600 min nəfərə yaxını isə dövlət sektorunda çalışanlardır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, dövlət sektrorunda çalışan və Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alanlarından da orta əməkhaqqısı təxminən 270 manatdan 350 manata qədər artacaq: "Bütövlükdə minumum əməkhaqqının artırılması dövlət büdcəsində 780 milyon manata başa gələcək".