Bakıda 2 otaqlı evdə yanğın olub


Digərləri 19 İyn 2019 10:25:00 215 0

Bakıda 2 otaqlı evdə yanğın olub

Sabunçuda 2 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 70 m² olan kürsülü birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.