Meksika prezidenti Zukerberqdən kömək istədi


Dünya 19 İyn 2019 10:12:00 205 0

Meksika prezidenti Zukerberqdən kömək istədi

Meksika prezidenti Adres Manuel Lopes Obrador "Facebook"un təsisçisi Mark Zukerberqə ölkə əhalisinin aztəminatlı təbəqəsini internetlə təmin olunması proqramında iştirak etməyi təklif edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Obrador sözügedən təklifi Zukerberqlə videokonferensiya zamanı irəli sürüb.

Meksika prezidenti qeyd edib ki, əhalinin 20 %-nin internetə çıxışı yoxdur. Onun sözlərinə görə, bu 20 %-ə əhalinin aztəminatlı təbəqələri daxildir.