Səfir: "Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir"


Digərləri 19 İyn 2019 10:04:00 220 0

Səfir: "Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir"

Bu il ərzində Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayının artacağı gözlənilir.

Son.az bildirir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı ilbəil artır.

E.Özoral qeyd edib ki, azərbaycanlılar Türkiyəyə səfər edənlərin siyahısında ilk yeri tutmasalar da, onların sayı ümumi turistlərin arasında çoxluq təşkil edir.

Səfir əlavə edib ki, ümumilikdə bu il ərzində Türkiyəyə yalnız Azərbaycandan deyil, bütün istiqamətlərdən gələn turistlərin sayının artacağı gözlənilir. O, əsas artımın Rusiyadan gələn turistlərin hesabına olacağının gözlənildiyini də açıqlayıb.