Sumqayıtda liftdə yanğın - 5 nəfər təxliyə olundu


Digərləri 19 İyn 2019 09:03:12 192 0

Sumqayıtda liftdə yanğın - 5 nəfər təxliyə olundu

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində liftin yanar hissələri yanıb.

Bakı. Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində liftin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub.