Filadelfiya limanında gəmidə 16,5 ton kokain aşkar edilib


Dünya 19 İyn 2019 08:59:00 198 0

Filadelfiya limanında gəmidə 16,5 ton kokain aşkar edilib

ABŞ-ın Pensilvaniya ştatının prokurorluğu Filadelfiya limanında bir milyard dollar dəyərində təxminən 16,5 ton kokainin götürülməsi barədə xəbər verib.

Son.az Trend-ə istinadən bildirir ki, həmin külli miqdarda narkotik vasitə "Packer Marine" limanında aşkar edilib.

Qeyd edilir ki, götürülmüş kokainin "qara" bazarındakı dəyəri bir milyard dollardan çox ola bilər.

Prokurorluğun məlumatına görə, gəmi ekipajı artıq saxlanılıb, onlara qarşı ittiham irəli sürülüb.