Çində dağ uçqunu nəticəsində beş nəfər həlak olub


Dünya 19 İyn 2019 08:40:00 181 0

Çində dağ uçqunu nəticəsində beş nəfər həlak olub

Çinin Şensi vilayətində dağ uçqunu baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində beş nəfər həlak olub.

Məlumata əsasən, uçqun Nintsyan qəzasında baş verib. Axşam üç nəfərin xilas edilməsinə baxmayaraq, onlardan biri xəstəxanada, digər iki nəfər isə xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Bu gün səhər daha iki nəfərin meyiti tapılıb. Uçqunun səbəbi araşdırılır, onun fəsadlarının aradan qaldırması istiqamətində işlər gedir.