İrana müalicə üçün gələnlər arasında azərbaycanlılar da var Nazir müavini


Digərləri 19 İyn 2019 08:35:00 202 0

İrana müalicə üçün gələnlər arasında azərbaycanlılar da var  Nazir müavini

Hər il 300 min xarici vətəndaş müalicə üçün İrana səfər edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini İrəc Hərirçi Ərdəbildə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin nümayəndələrinin səhiyyə turizmi üzrə 2-ci iclasında deyib.

İ.Hərirçinin sözlərinə görə, İran bu yolla 1,2 milyard dollar gəlir əldə edib.

Nazir müavini əlavə edib ki, qonşu ölkə vətəndaşları, o cümlədən İraq, Əfqanıstan, Azərbaycan və Pakistan vətəndaşları müalicə üçün İrana səfər edirlər:

"İran regionda səhiyyə turizminin mərkəzinə çevrilməyə, dost və qonşu ölkələrə xidmət göstərməyə çalışır".