İspaniyada Suriyadakı terrorçuları maliyyələşdirən qruplaşma zərərsizləşdirilib
Dünya 19 İyn 2019 08:25:00 224 0
İspaniyada Suriya terrorçularının maliyyələşdirməsində və pul yığılmasında şübhəli bilinən on nəfər saxlanılıb.
Son.az Trend-ə istinadən bildirir ki, əməliyyat Madriddə, Valensiyada və Toledoda həyata keçirilib.
Həmin əməliyyatda hüquq-mühafizə orqanlarının 350 əməkdaşı iştirak edib, həmçinin Avropol qoşulub.
10 nəfər saxlanılan şəxslərdən başqa daha 12 nəfər şübhəli bilinir.
Mənbə: milli.az