Hərracda 26 dövlət əmlakına 40 sifariş verilib


Digərləri 19 İyn 2019 08:12:00 212 0

Hərracda 26 dövlət əmlakına 40 sifariş verilib

Dövlət əmlakları üzrə geniş seçim və rahat özəlləşdirmə şəraiti hərraclarda iştirakçı fəallığını təmin edir. Elektron formada sifarişin verilməsi və hərracda onlayn iştirak vətəndaşlara vaxt itirmədən əmlak sahibi olmaq imkanı verir.

Əmlak Məsələləri Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, komitə tərəfindən iyunun 18-i dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda 26 dövlət əmlakı üzrə ümumilikdə 40 sifarişçi iştirak edib. İştirakçılardan 5-i seçdiyi dövlət əmlakına sifarişi olduğu məkandan elektron formada verib.

Qeyd edilir ki, özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri aiddir. Kiçik dövlət müəssisələrindən biri Sumqayıt şəhərində yerləşir. Dövlət əmlakı 9 min 308 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi. Goranboy rayonu, Qazanbulaq qəsəbəsindəki qeyri-yaşayış binası da hərracda öz sahibini tapıb. İştirakçı sahəsi 109.5 kv.m olan dövlət obyektini 1750 manata özəlləşdirdi.

Digər obyektlər kimi torpaq sahəsi ilə birlikdə özəlləşdirilən kiçik dövlət müəssisəsi Şabranda yerləşir. 110.8 kv.m sahəsi olan bu obyekt üçün 6 min manat təklif edən iştirakçı hərrac qalibi oldu.

Bu dəfə hərracda nəqliyyat vasitələri rəqabət yaratdı.