Silahlılar Suriyada iki vilayəti atəşə tutublar


Digərləri 19 İyn 2019 04:00:00 185 0

Silahlılar Suriyada iki vilayəti atəşə tutublar

Suriyanın Latakiya və Həma vilayətlərində qanunsuz silahlı birləşmələr tərəfindən atəşkəsin pozulması halı qeydə alınıb

Bakı. Suriyanın Latakiya və Həma vilayətlərində qanunsuz silahlı birləşmələr tərəfindən atəşkəsin pozulması halı qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib. A.Bakin qeyd edib: "Ötən sutka ərzində silahlılar Latakiya vilayətinin Şmaysa, Ayn-Ən-Nur, Mamuxiya, Kermel, Həmrat, Safsafa, Kara-Caqez və İkko yaşayış məntəqələrini, eləcə də Həma vilayətinin Kafer-Yaxut və Həmmaamiyət yaşayış məntəqələrini atəşə tutub".