Məşhur aktyor mərcə durdu, dükanı qarət etdi VİDEO


Digərləri 19 İyn 2019 03:30:00 226 0

Məşhur aktyor mərcə durdu, dükanı qarət etdi  VİDEO

Məşhur Hollivud ulduzu Tom Henks mərcə duraraq suvenir dükanını qarət edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktyor dostu, teleaparıcı Cimmi Kimmelin xətrinə riskə gedib. Tom dostunun studiyasına gələrək verilişə çəkilib. Nəticədə isə cinayətə əl atıb.

Efir vaxtı Cimmi deyib ki, aktyorun əla reputasiyası ona hər şeyi etməyə imkan verir və onu heç vaxt cəzalandırmayacaqlar. Sonra isə Toma studiyanın yanındakı suvenir dükanındakı karton fiquru oğurlamağı təklif edib.

Henks razılaşır və Kimmelə özünün karton fiqurunu gətirir və əlavə olaraq vitrindən oğurladığı "Oskar"ları verir.