Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti olacaq


Digərləri 19 İyn 2019 00:54:08 248 0

Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti olacaq

Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konsert proqramı keçiriləcək.

Bakı. İyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konsert proqramı keçiriləcək. Trend-in məlumatına görə, ansamblın bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifovdur. Gecədə Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova iştirak edəcək. Konsertdə orta əsr və bəstəkar musiqiləri, xalq mahnıları və şərq musiqiləri səsləndiriləcək. Saat 20:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-30 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Əlaqə telefonu: (012) 441-21-31