“Moskva qorxunc təhdid qarşısındadır” –


Dünya 18 İyn 2019 23:42:00 232 0

“Moskva qorxunc təhdid qarşısındadır” –

"Suriyada davam edən qarşıdurma Avropada populizmin genişlənməsinə və ərəb ölkəsinin terrorizmin yuvasına çevrilməsində əsas rol oynadı".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu fransalı politoloq Maykl Duqlas "Le Figaro" qəzetinə müsahibəsində deyib.

Ekspertin fikrincə, hazırda Suriyada əsas rəqabət İran və Rusiya arasında gedir:

"İran və Rusiya Suriyadakı rejimi öz təsir dairəsində saxlamaq üçün savaşır, öz adamlarını rejimin daxilinə yerləşdirmək istəyirlər. Buna görə də Rusiya İrandan daha çox Suriyadakı rejimlə müttəfiqlik münasibətlərini gücləndirməyə çalışır. Amma Suriyanın gələcəyi İsrailin mövqeyindən asılı ola bilər.