Dua etməyin ən mühüm şərtləri


Digərləri 18 İyn 2019 23:50:00 351 0

Dua etməyin ən mühüm şərtləri

Ali Dini Rəhbər buyurub: "Dua etməyin ən mühüm ədəbi budur ki, insan Allah Təalaya diqqət etsin və bütün qəlbi ilə Ondan istəsin.

Hədislərin birində oxuyuruq ki, Allah Təala Həzrət Musaya (ə) buyurur: "Ey Musa, pak qəlb və düz danışan dilinlə Allah Təala ilə söhbət et və dua et. Dua mütləq qəbul olacaqdır".

Əgər qəlb Allahı yada salaraq özünü ətirləndirə bilibsə, şübhəsiz ki, duaları yerinə yetər. "Rəbbiniz buyurdu: "Məni çağırın ki, Mən də duanızı qəbul edim". ("Ğafir" 60).

O zaman ki, insanın qəlbi şəffaf olar, diqqəti daha güclü olar. Bu halla dua edərsə, şübhəsiz ki, məqsədinə çatar. Əgər insan duanın mənasını dərk etmirsə, təsəvvür etsin ki, cazibəli bir dillə və yanar qəlblə Allah Təala ilə söhbət edir.

Duanın ilk şərti budur ki, təravətli qəlblə Allahdan istəsin. Cavanların qəlbi kimi. Belə ki, cavanların duasının qəbul olunma ehtimalı başqalarından daha çoxdur.

Bəzən mənə deyirlər ki, cavanlar üçün dua edin. Əlbəttə biz həmişə cavanlar üçün dua edirik. Ancaq əslində bu cavanlardır ki, əgər təravətli qəlblərinin qədrini bilsələr, duaları hər kəsin duasından daha çox qəbul olmağa yaxın olar.

Duanın şərtlərindən biri - günahdan çəkinmək və tövbədir. Duanın qəbul olması haqqında hədisdə deyilir: "İnsan gərək başqalarına əziyyət verməkdən xaric olsun ki, duası qəbul olsun".