Avropanın ən yaşlı qadını öldü


Digərləri 18 İyn 2019 23:32:00 232 0

Avropanın ən yaşlı qadını öldü

Avropanın ən yaşlı qadını olan Mariya Cuzeppa Robuççi 116 yaşında vəfat edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, qadının yeganə evliliyindən 5 övladı olub. Onun əri 1982-ci ildə vəfat edib.

Qeyd edək ki, müsahibələrinin birində qadın uzunömürlülüyün sirrini Allaha inanmaq və düzgün qidalanmada gördüyünü demişdi. O, həyatı boyu içki və siqaretdən istifadə etməyib.