Cəfər Təyyar namazı necə qılınır?


Digərləri 18 İyn 2019 23:35:00 1287 0

Cəfər Təyyar namazı necə qılınır?

Bu namaz fəlsəfə daşı və qırmızı kibritdir (Bu iki ifadə hərəsi ayrı-ayrılıqda bir mövzudur ki, işarə etmirik. Qısaca onu deyək ki, bu iki şey nadir (demək olar ki, tapılmayan) şeydir, lakin əldə olunsa insan sonsuz xeyirə sahib olar.). Onun zəngin fəziləti barədə bir çox mötəbər sənədlərdə rəvayət olunmuşdur.

Son.az muselman.az-a istinadən bildirir ki, belə ki, bu fəzilətin ən mühümü böyük günahların bağışlanmasıdır. Bu namazı qılmağın ən yaxşı vaxtı Cümə gününün başlanğıcıdır. Bu namaz 4 rəkətlidir, iki təşəhhüd və iki salamı var (Yəni, iki dənə iki rəkətli namaz qılmaq). Birinci rəkətdə "Fatihə" surəsindən sonra "Zilzal", ikinci rəkətdə "Fatihə" surəsindən sonra "Adiyat" surəsi oxunulur:

"Zilzal" surəsi بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا ﴿1﴾ وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا ﴿2﴾ وَقَالَ الْإِنسَانُ مَا لَهَا ﴿3﴾ يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا ﴿4﴾ بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا ﴿5﴾ يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ ﴿6﴾ فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ ﴿7﴾ وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ ﴿8﴾

Bismillahir-rəhmanir-rəhim İza zulzilətil-ərzu zilzaləha (1) Və əxrəcətil-ərzu əsqaləha (2) Və qaləl-insanu ma ləha (3) Yəuməizin tuhəddisu əxbarəha (4) Bi`ənnə rəbbəkə əvha ləha (5) Yəuməizin yəsdurun-nasu əştatəl-liyurəu ə`maləhum (6) Fəmən yə`məl misqalə zərrətin xəyrən yərəh (7) Və mən yə`məl misqalə zərrətin şərrən yərəh (8)

"Adiyat" surəsi بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَالْعَادِيَاتِ ضَبْحًا ﴿1﴾ فَالْمُورِيَاتِ قَدْحًا ﴿2﴾ فَالْمُغِيرَاتِ صُبْحًا ﴿3﴾ فَأَثَرْنَ بِهِ نَقْعًا ﴿4﴾ فَوَسَطْنَ بِهِ جَمْعًا ﴿5﴾ إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ ﴿6﴾ وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ ﴿7﴾ وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ ﴿8﴾ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ ﴿9﴾ وَحُصِّلَ مَا فِي الصُّدُورِ ﴿10﴾ إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ ﴿11﴾

Bismillahir-rəhmanir-rəhim Vəl-adiyati zəbha (1) Fəl-muriyati qədha (2) Fəl-muğirati subhə (3) Fə`əsərnə bihi nəq`a (4) Fəvəsətnə bihi cəm`a (5) İnnəl-insanə lirəbbihi ləkənud (6) Və innəhu əla zalikə ləşəhid (7) Və innəhu lihubbil-xəyrə ləşədid (8) Əfəla yə`ləmu iza bu`sirə ma fil-qubur (9) Və hussilə ma fis-sudur (10) İnnə rəbbəhum bihim yəuməizil-ləxəbir (11)

Ikinci namazın birinci rəkətində "Fatihə" surəsindən surəsindən sonra "Nəsr", ikinci rəkətində "Fatihə" surəsindən sonra "İxlas" surəsi oxunur.

"Nəsr" surəsi بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ ﴿1﴾ وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا ﴿2﴾ فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا ﴿3﴾

Bismillahir-rəhmanir-rəhim İza ca`ə nəsrullahi vəl-fəth (1) Və rə`əytən-nasə yədxulunə fi dinillahi əfvacə (2) Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvabə (3) Hər rəkətdə "Həmd" surəsi və qeyd edilən surələri oxuduqdan sonra on beş dəfə təsbihati-ərbə`ə deyilir.

Təsbihati ərbə`ə سُبْحانَ اللهِ وَاَلْحَمْدُ للهِ وَلا اِلـهَ إلاّ اللهُ وَاَللهُ اَكْبَرُ

Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.

Namazın rükusunda həmin təsbihat 10 dəfə, rükudan qalxdıqdan sonra 10 dəfə, birinci səcdədə 10 dəfə, səcdədən qalxarkən 10 dəfə, ikinci səcdəyə gedərkən 10 dəfə, ikinci səcdədən qalxarkən 10 dəfə deyilir. Bu ardıcıllıq namazın hər rəkətində gözlənilir. İki namazda deyilən təsbihatın ümumi sayı 300 dür.

Şeyx Kuleyni Əbu Səid Mədainidən rəvayət edib ki, İmam Sadiq (ə) mənə buyurdu: İstəmirsənmi sənə bir zikr öyrədim ki, onu Cəfər Təyyar namazında oxuyasan? Dedim: Bəli, istəyirəm. Buyurdu: Dördüncü rəkətdə (namazın) axırıncı səcdənin təsbihatını tamamladıqan sonra de:

سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ الْوَقَارَ سُبْحَانَ مَنْ تَعَطَّفَ بِالْمَجْدِ وَ تَكَرَّمَ بِهِ سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلا لَهُ سُبْحَانَ مَنْ أَحْصَى كُلَّ شَيْ‏ءٍ عِلْمُهُ سُبْحَانَ ذِي الْمَنِّ وَ النِّعَمِ سُبْحَانَ ذِي الْقُدْرَةِ وَ الْكَرَمِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَعَاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ وَ اسْمِكَ الْأَعْظَمِ وَ كَلِمَاتِكَ التَّامَّةِ الَّتِي تَمَّتْ صِدْقا وَ عَدْلا صَلِّ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا

Oxunuşu: Subhanə mən ləysəl-izzə vəl-vəqar, subhanə mən tə`əttəfə bil-məcdi və təkərrəmə bih, subhanə mən la yənbəğit-təsbihu illa ləh, subhanə mən əhsa kullə şəy`in ilmuh, subhanə zil-mənni vən-ni`əm, subhanə zil-qudrəti vəl-kərəm. Allahummə inni əs`əlukə bimə`aqidil-izzi min ərşikə və muntəhər-rəhməti min kitabikə və ismikəl-ə`zəm və kəlimatikət-tammətil-ləti təmmət sidqən və ədlə. Salli əla Muhəmmədin və Əhli Bəytihi vəf`əl bi kəza və kəza

Tərcüməsi: İzzət və vüqar libası geymiş Allah hər nöqsandan pak və uzaqdır. Öz böyüklüyü ilə bizə kərəm və ehsan edən Allah hər bir nöqsandan pak və uzaqdır. Hər bir nöqsandan uzaqdır o Allah ki, Ondan qeyrisinə təsbih rəva deyil. Elmi hər şeyi əhatə edən Allah hər bir nöqsandan pak və uzaqdır. Nemət və minnət sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. Qüdrət və kərəm sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. İlahi (sənin elminin sirləri olan) ərşinin izzət əhdlərinə, tövhid və mərifət həqiqətləri olan) sənin kitabının rəhmətinin muntəhasına (ən ucasına), sənin əzəm və böyük adına, (sənin ənbiya və övliyalarından ibarət olan) doğruluq və ədalət baxımından tam və kamil kəlmələrinə xatir səndən istəyirəm ki, Muhəmməd (s) və onun əhli-beytinə (ə) salam göndərəsən və mənimlə belə və belə rəftar edəsən (Belə və belə sözlərinin əvəzində hacət və istəklərini Allahdan dilə.)

"Kəza və kəza" kəlməsinin yerinə hacətlərini Allahdan istə.

Şeyx Tusi və Seyid ibn Tavus Müfəzzəl ibn Ömərdən rəvayət ediblər ki, dedi: Bir gün İmam Sadiqi (ə) gördüm ki, Cəfər namazını qılıdı. Namazdan sonra əlləri yuxarı qaldırdı və bu duanı oxudu:

يا رَبِّ يا رَبِّ (ya Rəbbi, ya Rəbb...) bir nəfəs bitənə qədər

sonra yenə bir nəfəs bitənə qədər يا ربّاهُ يا ربّاهُ (ya Rəbbahu, ya Rəbbah...) bir nəfəs miqdarında

رَبِّ رَبِّ (Rəbbi, Rəbbi....) bir nəfəs uzunluğunda

يا اَللّهُ يا اَللّهُ (ya Allahu, ya Allah....) yenə də bir nəfəs uzunluğunda

يا حَيُّ يا حَيُّ (ya Həyyu, ya Həyyu....) bir nəfəsə

يا رَحيمُ يا رَحيمُ (ya Rəhimu, ya Rəhim....) yenə də bir nəfəs uzunluğunda