Çox yatmağın və çox danışmağın gətirdiyi zərərlər


Digərləri 18 İyn 2019 23:40:00 253 0

Çox yatmağın və çox danışmağın gətirdiyi zərərlər

Əxlaq alimlərinin ən çox məzəmmət etdiyi əməllər - çox yatmaq və çox danışmaqdır. Bu iki əməl insanın kamala çatmağına mane olar. Əlbəttə çox yemək də bu cür əməllərdən hesab edilir. Ancaq onun haqqında demək olar ki, ləzzətinə görə bizi özünə cəlb edir. Ancaq çox yatmağın insanın dünyası üçün faydası yoxdur. İnsan əldən verdiyi gücü bərpa edəndən və yorğunluğunu alandan sonra yatmağın ona faydası olmaz. Yatmaq, yemək kimi insana ləzzət verməz. O insanlar ki, tənbəlliyinə və ya çox yemək yediyinə görə yatırlar, nəinki mənəvi kamaldan, hətta insanlıqdan belə məhrumdurlar. Bu cür insan dini vacibatlarını və vəzifələrini kifayət qədər yerinə yetirə bilməz.

Son.az deyerler.org-a istinadən bildirir ki, insanın ən çox enerji sərf etdiyi işlərdən biri də çox danışmağıdır. Xətiblər və müəllimlər bu mövzunu yaxşı bilirlər. Moizədən və ya dərsdən sonra çox yorğunluq hiss edirlər. Əgər danışmaq dedikdə məqsəd moizə, xütbə və ya başqalarına yardımdırsa, bəyənilən əməllərdəndir. Ancaq boş yerə çox danışmaq nə dünya üçün faydalı olar, nə də axirət üçün. Bunun sayəsində insan çox sayda günaha batar. İnsan çox danışarsa, qəlblərdə kin və küdurət yaradar. Çünki çox danışan insan həm qeybət edər, həm töhmət vurar və həm də söz gəzdirər. O insanlar ki, çox danışmağa adət ediblər, bu işlərindən ləzzət alarlar. Bu çirkin adətə düçar olmaq - insanın öz əlindədir. İnsanın dünya və axirət manafeyini xətərə salar.

İmam Sadiq (ə) Abdullah ibni Cəndəbə tövsiyə edir ki, gecələri az yatsın və gündüzləri az danışsın. İmam (ə) davam edərək buyurur ki, Həzrət Süleymanın (ə) anası övladına xitab edərək deyir: "Çox yatmaq gündüzü möhtac olub, əldə edə bilmədiyindən səni yoxsul buraxar". Yəni, bir gün gələcəkdir ki, sənin hansısa əmələ ehtiyacın olar, ancaq çox yatmaqdan həmin əməli əldən vermiş olarsan. Əgər insanın yatmaqdakı niyyəti yorğunluğunu aradan qaldırmaq olmazsa, bu işi aqilcəsinə olmaz. Bu əməllərlə ömrünü tələf etmiş olar.

İmam Sadiq (ə) çox danışmaq haqqında buyurur: "İnsan bədininin orqanları içində göz və dildən naşükür heç bir şey yoxdur".