Fələstin əsilli modelin paylaşımı ərəb dünyasını ayağa qaldırdı FOTO


Digərləri 18 İyn 2019 23:29:00 285 0

Fələstin əsilli modelin paylaşımı ərəb dünyasını ayağa qaldırdı  FOTO

Dünyaca məşhur Fələstin əsilli amerikalı model Bella Hadidin "İnstaqram"da paylaşdığı foto ərəblərin qəzəbinə səbəb olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, hava limanında ayaqlarını üzərində Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bayrağı olan təyyarələrə doğru uzatdığı yerdə çəkilən fotosunu İnstaqram hesabında paylaşıb.

Sosial media iştirakçıları modeli hörmətsizlikdə və irqçilikdə ittiham ediblər. Bundan sonra model həm "Tvitter" həm də "İnstaqram" hesabında izləyicilərdən üzr istəyib.

Müsəlman olduğunu söyləyən model bu hərəkətini "səhv" adlandırıb.


Xəbərə aid foto