Allahdan başqa kimsədən çəkinmə!


Digərləri 18 İyn 2019 23:03:00 267 0

Allahdan başqa kimsədən çəkinmə!

Ustadlardan biri deyirdi:

Bir adam peyğəmbər olsa belə, camaatın dilindən asudə deyil. Çünki:

Əgər çox iş görsə, deyəcəklər ki, axmaqdır; Əgər az iş görsə, deyəcəklər ki, tənbəldir; Əgər bəxşiş etsə, deyəcəklər ki, ifrata varır; Yığıcı olsa, deyəcəklər ki, paxıldır; Sakit və susqun olsa, deyəcəklər ki, laldır; Bəlağətli olsa, deyəcəklər ki, çoxdanışandır, boşboğazdır; Oruc tutan, gecələri ibadət edən olsa, deyəcəklər ki, raiyakardır; Əgər etməsə, deyəcəklər ki, kafirdir, dinsizdir. Ona görə də camaatın tərif və mədhinə arxalanmaq lazım deyil.

Allahdan başqa heç kəsdən qorxub çəkinmək də lazım deyil.