İman insana nə verir?


Digərləri 18 İyn 2019 22:50:00 251 0

İman insana nə verir?

Allaha iman bəsləmək təbiət və instinktlərlə bağlı istək və arzuları bizdən alar, əvəzində bizə mənəvi və ruhani eşq və əlaqə bəxş edər. Allaha iman bizi axirət üçün hazırlayar və maddi dünyadan sağlam şəkildə bəhrələnməyə sövq edər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allaha iman bəsləməyin həyatımızdakı faydaları:

1. Nikbinlik. Allaha iman bəsləmək bizi xilqət aləminə qarşı nikbin olmağa yönləndirir. Belə ki, varlıq aləminin hədəf üzərində xəlq olduğunu bizə başa salıb və hədəfin xeyir və təkamül olduğunu bəyan edir.

2. Ümidvarlıq. İmanlı insan nikbin olduğu üçün, etdiyi səylərə görə ümidvardır. İmanlı insanın məntiqində varlıq aləmi onun etdiyi səylərə qarşı etinasız deyildir. (Tebyan)

3. Əminlik hissi verir. Allaha iman bəsləməyin başqa bir faydası - insana əminlik hissi verməsidir. İnsan fitri olaraq səadət ardınca olar. Ona görə də zillətlə dolu gələcək haqqında düşünən zaman qəlbi ttirəməyə başlayar və aramlığını itirər. O şey ki, insanın səadətə çatmasına yardım edər iki şeydir:

a) Səy göstərmək.

b) Yaşadığı mühit şəraitinə qarşı əminlik əldə etmək.

4. Həyatı hədəfli olar. İmanlı insan işlərində hədəfə malik olar. Əsil hədəfi - ubudiyyət və bəndəlik məqamıdır. Hesab günü gəlib çatmazdan əvvəl, onun üçün hazırlaşar.