Dəlixanada mənə toy elədilər –


Digərləri 18 İyn 2019 22:57:00 59 0

Dəlixanada mənə toy elədilər –

Son.az kulis.az-a istinadənOğuz Ayvazın "Bir dəlinin gündəliyi" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Səhər xəstəxanaya yeni həkim gəlmişdi. Adı Lətif Kərimov idi. Onun haqqında nidalı, xeyirxah sözlər deyilmişdi. Lətif Kərimov ağıl və mənəviyyatı son dərəcə sevirdi, lakin ətrafında ağıllı, mənəviyyatlı bir mühit yaratmağa qüdrəti çatmırdı.

Lətif həkim uzun, enlikürək, burnu ərik kimi girdə, üzü ləkəsiz, par-parlayırdı. Saçlarına azacıq dən düşmüş, barmaqları incə, bir o qədər də cod idi. Onun ilk gəldiyi gün bütün dəlilər sıraya düzülmüşdü. O bizimlə bir-bir tanış olmaq istəmişdi. Dəlilərlə hal-kef edir, adlarını öyrənir, təmizlikləriylə də maraqlanırdı.

"Uzat əllərini..."

"Dişlərini yumusan?"

"Darıxmırsan?"

"Yanına gələn olur?"

"Ürəyin nəsə istəmir?"

Bu kimi suallar verirdi. Ancaq əmr etməyi, qadağaları sevmirdi, Digər həkimlər kimi kini yox idi. Adama elə gəlirdi ki, o, səsini heç vaxt yüksəltməməyə söz vermişdir. "Ver" və ya "gətir" sözlərini deməyə üzü gəlmirdi, yemək istəyəndə qətiyyətsizliklə öskürərək aşpaz qadına deyərdi:

"Deyəsən, acmışam..." və ya: "Çay olsaydı, içərdim".

İlk günlər Lətif Kərimov çox səylə işləyirdi. Hər gün səhərdən nahar vaxtınadək xəstələri qəbul edir, onları sorğu-suala tutur, dərman verir, qayğılarına qalırdı. Lakin zaman keçdikcə iş öz yeknəsəqliyi və açıq-aydın görünən faydasızlığı ilə onu darıxdırmağa başladı. Bu gün iyirmi xəstə qəbul etdiyin halda, sabah görürsən, iyirmi beş nəfər oldu, birisigün isə bunların sayı otuza çatırdı, beləliklə, gündən-günə, ildən-ilə xəstələrin sayı şiddətlə artırdı.

Dəlixanada isə hər şey əvvəlki kimi maraqsız, boz, darıxdırıcıydı. Adama elə gəlirdi ki, burda günlər keçib getmir. Hərdən mənə elə gəlirdi ki, bizim burda olmağımızdan küçədən gəzən adamların xəbəri yoxdur. Sanki belə bir yer şəhərdə yerli-dibli olmamışdı. Unudulmuş, tərk edilmiş uşaqlar kimiydik...

Gecə toy səsinə oyandım. Dəhlizin başından sevdiyim qızı çal-çağırla mənə gətirirdilər. Gözlərimə inana bilmirdim. Axı mən dəliyəm. Dəliyə kim qızını verər? İçimdə suallar dolu kimi döşəyirdi. Yanımda fısır-fısır yatan dəlini oyadıram.

- Dur, dur toy gəlir. Mənim toyumdu. Ey! Oyan da!

Gözlərini ovuşdurur...

- Görürsən, axır ki, sevdiyim qıza qovuşuram... - mən dayanmadan həyəcanla danışıram. - Onu necə arzulamışdım. Sənin dünyadan xəbərin yoxdu. Bircə yatmağı bilirsən. Dur, ə...

Mızıldanırdı. Hiss etdim ki, yuxusunu tam almayıb.

- Əl çək də məndən. Nə istəyirsən? Gözəl yuxular görürdüm e...

- Neynirəm e sənin yuxularını... - bir yandan da onu o gözəl dünyadan ayırdığım üçün peşman olmuşdum. - Mənim toyumdu deyirəm e...

Birdən o diqqətlə mənim göstərdiyim yerə baxdı və ciddi-ciddi:

- Orda heç kim yoxdu axı... - dedi...

- Başın xarabdı, ya gözün kor? - əsəbləşdim.

Yenə diqqətlə o səmtə baxdı:

- Heç nə yoxdu e... Gözüm kor zad deyil.

- Ə, sən nə lom adamsan. Bax da...

Dəli özündən çıxdı:

- Durub indi əzişdirəcəm ha səni. Qoy yatım da...

Göz qapaqlarım yavaş-yavaş öz pərdələrini endirir. Sonra təzədən açılır gözlərim. Tavanda gəzişən adamları görürəm. Bir-birlərini öldürmək üçün yarışa girirlər. Palatalarda ölü sükut var. Hərdən vıyıldayan külək arı kimi qulağımda vızıldayır.

Öz-özümə düşünürəm. Madam ki, həbsxanalar və dəlixanalar var, demək bunlarda bir adam yatmalıdır, eləmi? Siz düşməsəniz, mən düşməsəm, bir başqası düşəcək. Səbr eləyin, bir vaxt gələcək ki, həbsxanalar və dəlixanalar olmayacaq, o zaman nə pəncərələrdə barmaqlıq olacaq, nə də dəlilərə geyindirilən xalatlar. Əlbəttə, belə bir zaman gec-tez gəlib çatacaqdır. Buna bütün varlığımla inandım. Gecənin bətninə sancılmış insan taleləri bu inancıma köks ötürdü.

Lətif həkim hər səhər saat yeddidə otağında olurdu. Çay içir, qəzetlərə göz gəzdirir, sonra mütaliə ilə məşğul olurdu. Səhər doqquz tamamda xəstələri qəbul edirdi. Hər xəstəyə bütün diqqətini cəmləyir, onların dərdini öyrənirdi.

Bir səhər Lətif həkim məni çağırdı. Ehmalca qapını döydüm.

- Buyurun, Oğuz bəy... - dedi.

Uzun zaman idi ki, kimsə mənə bəy deyə müraciət edirdi. Bəy sözünə elə sevindim, az qaldı gedəm həkimi bağrıma basam.

- Necəsən? Özünü necə hiss edirsən?

- Həkim, özümü dünya kimi hiss edirəm...

- O necə olur? - həkim dodaqaltı qımışdı.

Beynəlxalq Muğam Mərkəzi “Musiqi qüvvəsi” adlı konserti təqdim edəcək like
  • 18 İyn 22:56  
Digərləri Beynəlxalq Muğam Mərkəzi “Musiqi qüvvəsi” adlı konserti təqdim edəcək

İyunun 26-da Beynəlxalq Muğam Mərkəzində gənc və istedadlı ifaçılar,

arrow Ətraflı
Termodinamika və 3 qanunu like
  • 18 İyn 22:55  
Digərləri Termodinamika və 3 qanunu

Elm günü-gündən inkişaf edərək, özünü durmadan yeniləyir. Müasir tex

arrow Ətraflı
İman insana nə verir? like
  • 18 İyn 22:50  
Digərləri İman insana nə verir?

Allaha iman bəsləmək təbiət və instinktlərlə bağlı istək və arzular

arrow Ətraflı
Azərbaycanda  qızılgümüş like
  • 18 İyn 22:46  
Digərləri Azərbaycanda qızılgümüş

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

arrow Ətraflı
Qurandakı tövbə və əfvin Kərbəladakı bariz nümunəsi like
  • 18 İyn 22:45  
Digərləri Qurandakı tövbə və əfvin Kərbəladakı bariz nümunəsi

Tövbə elə bir haldır ki, insan qəlbində peşman olar və ondan sonra dilin

arrow Ətraflı
"Hərcai": məşhur türk serialının uğuru nədədir? like
  • 18 İyn 22:42  
Digərləri "Hərcai": məşhur türk serialının uğuru nədədir?

Meydanı istedadsız və savadsız adamlara açanda ortada sənət də məhv olu

arrow Ətraflı
Simic kişinin ailəsinin onun barəsində bəd duası qəbul olunar like
  • 18 İyn 22:40  
Digərləri Simic kişinin ailəsinin onun barəsində bəd duası qəbul olunar

Ailənin maddi ehtiyaclarını təmin etmək - ailə başçısının vəzifəsid

arrow Ətraflı
Qazaxıstanda aksiyalar: 300 polis xəsarət alıb, like
  • 18 İyn 22:39  
Dünya Qazaxıstanda aksiyalar: 300 polis xəsarət alıb,

Prezident aksiyaların keçirildiyi əraziyə təsadüfən gələn şəxslərin

arrow Ətraflı
"Bir araya gəlməyimiz mümkün deyildi": Ərdoğan Mursinin like
  • 18 İyn 22:38  
Dünya "Bir araya gəlməyimiz mümkün deyildi": Ərdoğan Mursinin

"Mursinin yenə bir məhkəmə salonunda son nəfəsini verməsi ona və xalqın

arrow Ətraflı
Dövlət Duması qalmaqallı qanunu qəbul etdi: ABŞla önəmli saziş ləğv olundu like
  • 18 İyn 22:37  
Dünya Dövlət Duması qalmaqallı qanunu qəbul etdi: ABŞla önəmli saziş ləğv olundu

Rusiya Dövlət Duması "Yaxın və orta mənzilli raketlərin ləğvi"

arrow Ətraflı
Rusiyada müğənni həbs edildi: like
  • 18 İyn 22:36  
Dünya Rusiyada müğənni həbs edildi:

Moskva polisi azərbaycanlı olduğu bildirilən müğənnini həbs edib.

arrow Ətraflı
Hörümçək yuvasına arxalananlar like
  • 18 İyn 22:35  
Digərləri Hörümçək yuvasına arxalananlar

Allahdan başqasını özlərinə rəhbər tutanlar özünə yuva qurmuş hörü

arrow Ətraflı
Gəncədə yoldaşları gənc oğlanın meyitni xəstəxanada like
  • 18 İyn 22:31  
Digərləri Gəncədə yoldaşları gənc oğlanın meyitni xəstəxanada

Gəncə şəhərində 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu ona

arrow Ətraflı
Bayramdan sonra ölkədə qızıl-gümüş ucuzlaşdı like
  • 18 İyn 22:30  
Digərləri Bayramdan sonra ölkədə qızıl-gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

arrow Ətraflı
NyuYorkda qalaya yollandı  FOTO like
  • 18 İyn 22:30  
Digərləri NyuYorkda qalaya yollandı FOTO

Amerikalı aktrisa, müğənni və model Zoi Kravits HBO telekanalında reytinq

arrow Ətraflı