"Hərcai": məşhur türk serialının uğuru nədədir?


Digərləri 18 İyn 2019 22:42:00 301 0

"Hərcai": məşhur türk serialının uğuru nədədir?

Meydanı istedadsız və savadsız adamlara açanda ortada sənət də məhv olur, istedadlı adamlar da

Son.az Sputnik Azərbaycan-a istinadən Orxan Bahadırsoyun yazısını təqdim edir

Sputnik. Yarım əsrə yaxındır ki, bu məzmunu izləyirik. Hind kinoları da, Türkiyə film və serialları da bundan bəhs edir: gözəl qızla yaraşıqlı oğlan bir-birlərini sevirlər. İkisi də əsl atasını tanımır. Ailələri düşməndir və onların qovuşması üçün çoxlu əngəllər var. Bir tərəfdən də aşağı-yuxarı eyni xarakterli rəqib aşiq obrazları canlanır.

Hər filmdən, hər serialdan bir hissəni götürüb "Hercai" adlı ssenari yazıblar. Daha doğrusu, bunu əvvəlcə "Hercai" romanının müəllifi Sümeyye Koç edib. Həmin roman da ssenariləşdirilib və ortaya "Hercai" serialı çıxıb.

Əvvəlini də, ortasını da, axırını da bildiyimiz bu məzmun niyə insanların marağına səbəb olub? Axı eyni mövzunu onlar dəfələrlə izləyiblər. Hətta bundan dörd əsr əvvəl Şekspir də iki düşmən ailənin övladlarının eşqindən bəhs edən "Romeo və Cülyetta" adlı pyes yazıb. Hind filmlərinin finalında qəddar bir kişini öldürmək istəyən gənc oğlana "əl saxla, o sənin atandır" deyən qadınları görməmişikmi? Bütün Türkiyə seriallarında Londonda təhsil alan bir gənc vətəninə qayıdanda ailəsinin adət-ənənəsinə qarşı çıxmırmı, yaxud əri tərəfindən sevilməyən bir qadın onu əldə etmək üçün özünü bıçaqlayıb başqasının üstünə atmırmı?

Bütün bunlara rəğmən, "Hercai" serialı niyə izlənilir? "Hercai" serialının məzmununda bu sadaladıqlarımdan fərqli, qeyri-adi olan nə var?

Burası artıq bir az peşəkar işidir. İşi bilən bir adam baxanda o fərqi dərhal anlayır. Kütlənin böyük qismi maraqla bu serialı izləyir. Kiçik üsyankar bir kəsim ənənəviliyə etiraz naminə bu serialın izləyici kütləsini məsxərə obyektinə çevirir. Onlar da serialın şablonlarla dolu olduğunu, pafosa və bayağılığa vardığını yaxşı bilirlər. Lakin peşəkar olmadıqları üçün ortadakı fərqi görmədən izləyənləri qınayırlar.

Sadə bir misal çəkəcəm: evli bir qadının yad bir kişiyə aşiq olduğunu, ona inanıb, güvənib öz ərinə xəyanət etdiyini, hətta öz ərindən boşanıb o kişiylə evlənmək istədiyini, daha sonra isə aşiq olduğu kişinin evli olduğunu və bu qadınla sadəcə müvəqqəti əyləndiyini öyrənib intihar etdiyini çox izləmisiniz. Filmlərdə, seriallarda, romanlarda kiçik bir epizoddur bu məzmun.

Lakin Gənc Tamaşaçılar Teatrında rejissor Mehriban Ələkbərzadə yazıçı Tamara Vəliyevanın "Cəza" adlı eyni məzmunlu monopyesini elə səhnələşdirir və aktrisa Kəmalə Müzəffər o qəhrəmanı elə canlandırır ki, həyatında heç vaxt görmədiyin, heç vaxt izləmədiyin, yeni və çox maraqlı bir hadisə kimi həyəcanla, maraqla izləyirsən, təsirinə düşürsən. Bəs Mehriban Ələkbərzadə bunu necə bacarır? Çünki adam öz işini bilir. Sənətinin ustasıdır. Təqdimat bacarığı var. Ona çox kiçik, mahiyyətsiz-maraqsız bir hadisə danış, ondan fövqəladə bir tamaşa düzəltsin.