Qurandakı tövbə və əfvin Kərbəladakı bariz nümunəsi


Digərləri 18 İyn 2019 22:45:00 287 0

Qurandakı tövbə və əfvin Kərbəladakı bariz nümunəsi

Tövbə elə bir haldır ki, insan qəlbində peşman olar və ondan sonra dilində istiğfar edər və özünü islah edəcəyinə görə əzm göstərər.

Allah Quranda buyurur: "De: "Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!"". (Zumər" 53).

Son.az deyerler.org-a istinadən bildirir ki, Quranın və hədislərin buyurduğuna görə Allah təvvab (tövbə edən) bəndəsinə salam verər: "Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara "salam olsun sizə!". ("Ənam" 54). "Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir". ("Bəqərə" 222).

Əgər Hürrün tövbəsi və İmam Hüseynin (ə) bağışlaması olmasaydı, bu ayə və hədisləri başa düşmək bizim üçün çətin olardı. Ancaq Hürr Kərbəlada bütün günahkarlara öyrətdi ki, əgər insan iradə edərsə və qayıtmaq istəyərsə, yol həmişə açıqdır.

Allah buyurur: "Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm". ("Bəqərə" 160).

Allah o qədər mehriban və rəhimdir ki, insanın bütün günahlarını və qara əməl dəftərini məhv edər və yerində yeni bir səhifə açar və ürəyində olan pislikləri yaxşılıqlara çevirər. "(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır". ("Furqan" 70).

İmam Hüseynin (ə) Hürrə nisbətdə bu gözəl əməlini biz də həyatımızda yürüdək və ona əməl edək. Necə ki, Peyğəmbər (s) buyurur:"Hər kim (inqitam almaq) qüdrətinə malik olaraq güzəşt edərsə, Allah büdrədiyi gün onu bağışlayar".