Rusiyada müğənni həbs edildi:


Dünya 18 İyn 2019 22:36:00 221 0

Rusiyada müğənni həbs edildi:

Moskva polisi azərbaycanlı olduğu bildirilən müğənnini həbs edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Rusiya polisi Qafqaz mahnılarının ifaçısı, həmçinin bir neçə mahnının müəllifi Rizvan Əliyevi saxlayıb. O, dostu Mart Avilovun mənzilini yandırıb.

Bildirilir ki, Rizvan Əliyev bunu Mart Avilovun sosial şəbəkələrdə onun ünvanına yazılmış təhqiramiz şərhlərinə görə edib.

Məlumata görə, Rizvanla masajçı kimi fəaliyyət göstərən Mart bu yaxınlarda tanış olublar və onların arasında qısa zamanda dostluq münasibətləri yaranıb. Lakin bir münaqişədən sonra Mart Avilov sosial şəbəkələrdə müğənninin ünvanına təhqiramiz şərhlər yazıb.

Mayın 25-də Avilov masaj üçün çağırış alıb, lakin ona verilmiş ünvana çatanda çağırışın yalan olduğunu anlayıb.

Evinə qayıdan Mart Avilov mənzilinin yandığını və yanğınsöndürənlərin hadisə yerində alovla mübarizə apardıqlarını görüb. Ekspertlər yanğının qəsdən törədildiyini bildirirlər.