"Bir araya gəlməyimiz mümkün deyildi": Ərdoğan Mursinin


Dünya 18 İyn 2019 22:38:00 225 0

"Bir araya gəlməyimiz mümkün deyildi": Ərdoğan Mursinin

"Mursinin yenə bir məhkəmə salonunda son nəfəsini verməsi ona və xalqına illərdir edilən zülmün bir simvoludur"

"Mursi inandığı mübarizə uğrunda mücadilə zamanı həyatını itirən bir şəhiddir, tarix onun şəhadətinə yol açan zalımları əsla unutmayacaq".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Misirin sabiq prezidenti Məhəmməd Mursinin ölümü barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Xalqın dəstəyi ilə Misir Prezidenti seçilən Mursinin 2013-cü ilin iyununda qanlı inqilabla, öz Nazirlər Kabinetində yer alan zalım Sisinin başçılıq etdiyi xunta hərəkatı ilə devrilərək həbs edildiyini qeyd edən Ərdoğan bunları deyib: "Həm prezident seçilməmişdən öncə, həm də prezident olduğu dövrdə onunla yaxın dostluğumuz oldu. Çevriliş məhkəmələrində ittiham edilən və edam cəzası verilən mərhum Mursinin yenə bir məhkəmə salonunda son nəfəsini verməsi ona və xalqına illərdir edilən zülmün bir simvoludur. Zalımlar məzlumların canlarına qəsd edə bilər, hətta onları öldürməklə şəhadətə getmələrinə vəsilə ola bilərlər. Lakin onların mübarizələrinin izzətinə xələl gətirə bilməzlər".

Ərdoğan eyni zamanda Misirin hazırkı prezidenti Abdul Fəttah əs-Sisi ilə görüşməyəcəyini də dilə gətirib: "Mənə  çox təkliflər gəldi və bu təkliflərin heç birini qəbul etmədim. Onun oturduğu masada əsla oturmaram. Qardaşım Mursinin qatili durumunda olan şəxslə bir araya gəlməyimiz mümkün deyildi. Bu günə qədər də gəlmədik".