Bakıya işləməyə gələn Türkiyə vətəndaşı


Digərləri 18 İyn 2019 22:19:00 199 0

Bakıya işləməyə gələn Türkiyə vətəndaşı

Bakıda Türkiyə vətəndaşı dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 241, mənzil 65-də baş verib.

Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Kılıç Selim mayın 25-də Bakıya gələrək mənzil kirayələyib. "Lokal Pizza" kafesində pizza ustası işləyən Kılıç Selim iyunun 15-də həmin mənzildə qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.