Mübarək “Yasin” surəsini oxumağın fəziləti


Digərləri 18 İyn 2019 22:05:00 260 0

Mübarək “Yasin” surəsini oxumağın fəziləti

"Yasin" surəsi Quranın qəlbi kimi məşhurdur. Bu surədə 83 ayə vardır. Peyğəmbər buyurmuşdur: "Yasin" surəsini qiraət edən kəs sanki Quranı 10 dəfə xətm etmişdir". Son.az muselman.az-a istinadən bildirir ki, göyüklərin tövsiyəsidir ki, hər gecə yatmazdan öncə "Yasin" surəsini oxusunlar. İslam Peyğəmbəri "Yasin" surəsinin təsirləri haqqında buyurmuşdur ki, onlardan bəzilərinə işarə edirik: 1) Əgər ac olsa, doyar; 2) Əgər susuz olsa, sirab olar; 3) Əgər üryan olsa? örtülmüş (geyindirilmiş) olar; 4) Əgər subay olsa, izdivac edər; 5) Əgər nədənsə qorxsa, əmniyyət tapar; 6) Əgər xəstə olsa, afiyət tapar; 7) Zindanda olsa, nicat tapar; 8) Müsafir olsa, səfərində yardım göstərilər; 9) Əgər itirdiyi olsa, onu tapar...