Ceyhun Gəncinski niyə Lotu Quliyə


Digərləri 18 İyn 2019 21:53:00 540 0

Ceyhun Gəncinski niyə Lotu Quliyə

Ceyhun Əsgərov (Ceyhun Gəncinski) 1975-ci il dekabrın 9-da Gəncə şəhərində dünyaya gəlib. Son.az lent.az-a istinadən xəbər verir ki, Ceyhunun uşaqlıq illərindən cinayətkar aləmə meyl etməsi tam aydınlığı ilə hiss edilirdi. Hələ gənc yaşlarında artıq Əsgərov "cinayətkar" sayılırdı. Hər zaman çalışırdı ki, nüfuzlu oğruların əhatəsində olsun... Zaman keçdikcə Ceyhun addım-addım məqsədinə yaxınlaşırdı...

Tezliklə o, azərbaycanlı oğruların arasında nüfuz qazanır. Oğru dünyasında silsilə cinayətlər etməklə məşhurlaşırdı. Əldə etdiyi qazancı həbsdə olan dostlara çatdırır, onlara dəstək verirdi.

O, qanuni oğruların mənafelərini müdafiə etmək üçün çox çalışırdı. Onun məhz bu addımı "içəridəki"lərin diqqətini çəkirdi. Uzun müddət həbs yatan qanuni oğrulardan bibri - Nadir Səlifov ("Lotu Quli") "içəri"də olmasına baxmayaraq, demək olar ki, bayırdakı bütün qrupları nəzarətdə saxlayırdı. Beləliklə, Əsgərov Nadirin əhatəsinə düşə bilir...

İllər ötür, "tapşırıq"lar... Ceyhun hər mənada özünü doğruldurdu... Oğruların uzun zamandır gözlənilən an yetişdi - 28 avqust 2014-cü il.

Oğrular həmin gün Türkiyənin Antalya şəhərinə toplanmışdılar. Tədbiri "Lotu Quli"nin qardaşı Namiq Səlifov təşkil etmişdi. Həmin gün eyni zamanda qardaşının doğum günü idi. İnternet üzərindən həbsxanalardan "Skype"la təbriklər gəlirdi, canlı bağlantılar biri-birini əvəzləyirdi. Yığıncaqda Ceyhun Əsgərovla yanaşı, Rafət Əmirova (Rafət Əlibayramski) da qanuni oğru adını verdilər.

Ceyhun Əsgərova inam hədsiz idi. O, çox məclislərə dəvət alırdı. Ulan Toktosunovun (Sakal) "tacqoyma"sında da iştirak etmişdi... Ceyhun doğma şəhərinə - Gəncəyə qanuni oğru kimi döndü. Lakin bu titulu yarım il əlində saxlaya bildi. İspan həbsxanasından sərbəst buraxılan və Moskvaya qayıdan qanuni oğru Zaxari Kalaşov (Şakro Maladoy) bir neçə "ad"ları ləğv etdi. Ən nüfuzlu oğrular Şakro ilə danışıqlara getdi, onlardan bir neçəsini bərpa etdirə bildilər, yalnız Ceyhundan savayı...


Xəbərə aid fotolar