Küsən insanın namazı qəbul olarmı?
Digərləri 18 İyn 2019 21:55:00 232 0
Küsmək - insanlar arasında dostluq və ülfət bağlarının qırılmasına səbəb olar. Bu səbəbdən Həzrət Peyğəmbər (s) buyurmuşdur: "O iki müsəlman ki, bir-birindən küsər və üç gün o halda qalarlar, bir-biri ilə barışmazlar - onlar İslam dinindən çıxmış olarlar.
Onların arasında dini dostluq bağları olmaz. Ona görə də hər kim birinci danışarsa, o, hesab günü daha tez behiştə gedər".
İmam Sadiq (ə) buyurur: "İki nəfər küsərək bir-birindən ayrılmaz, məgər o halda ki, onlardan biri (Allah və Rəsulunun (s))lənətinə düçar olar".
Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də din qardaşlarının küsməsi Allahı qəzəbləndirər və şeytanı (lən) sevindirər.
Həzrət Peyğəmbərin (s) Əbuzərə etdiyi nəsihətdə oxuyuruq: "Allah hər bazar ertəsi və cümə axşamları günü möminlərin əməl dəftərinə nəzər salar.
Mənbə: milli.az