Duanın qəbul olunmasının həlledici şərtləri


Digərləri 18 İyn 2019 21:20:00 295 0

Duanın qəbul olunmasının həlledici şərtləri

"Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar". ("Bəqərə" 186).

"Rəbbiniz buyurdu: "Məni çağırın ki, Mən də duanızı qəbul edim"". ("Ğafir" 60).

Allah buyurur ki, bəndələrim dua etsin ki, Mən də yerinə yetirim. İmam Əli (ə) buyurur: "Bəla dalğalarını daxil olmadan əvvəl, duanın vasitəsilə özünüzdən dəf edin".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) başqa yerdə buyurur: "O kəs ki, əməlsiz dua edər, kamanı olmadan ox atana bənzəyər".

Bir gün Allah Təala Həzrət Musaya (ə) buyurur: "Məni elə bir dillə çağır ki, günah etməmiş olsun". Musa (ə) deyir: "Mən günahkaram və belə bir dilim yoxdur". Allah buyurur: "Məni başqalarının dili ilə çağır. Ona görə də başqalarına o qədər mehribanlıq et ki, sənə görə xeyir dua etsinlər. Mən insanların başqaları haqqında etdiyi duaları qəbul edərəm".

Duanın şərtləri:

1. Qəlb hüzuru.

2. Təvazökarcasına.

3. Ümid edərək.

4. Allahı tanıyaraq, Onun qüdrətinə və elminə etiqad bəsləyərək.

5. Allaha ümid etmək və başqalarından ümidi kəsmək.

6. Günahdan çəkinərək.

7. Ağlayaraq.