Bal və sarımsağın möcüzəvi təsiri –


Digərləri 18 İyn 2019 21:17:00 224 0

Bal və sarımsağın möcüzəvi təsiri –

Düzgün qidalanmamaq sonda damar tıxanıqlığına səbəb olur. Bu problem gənc, yaşlı demədən hər kəsi təhdid edir. Bəs damar tutulmasına səbəb olan qidalar nələrdir? Günümüzdə trans yağların istifadəsi, "fast food" yeməklər və s. damar tıxanmasına təkan verir.

Son.az medicina.az-a istinadən bu problemin həlli kimi sizə faydalı qarışıq təqdim edəcək.

Bal və sarımsaq

Bal və sarımsaq birlikdə qəbul edəndə möcüzəvi təsirə malikdir. Sarımsaq dünya miqyasında istifadə edilən bir tərəvəzdir. Həm mətbəxdə, həm də təbabətdə geniş istifadə edilir. Bal da faydalı məhsuldur. Buna görə də min bir dərdin dərmanıdır.

Yüksək təzyiqi balansda saxlayır

Sarımsağın tərkibindəki sulfid maddəsi və balda olan şəfalı xüsusiyyətlər qan dövranı üçün faydalıdır. Bu iki vasitə qanda laxtalanmanın qarşısını alır, damarları gücləndirir. Digər damar problemlərinin qarşısını alır. Yüksək təzyiq ürək-damar sağlamlığınızı təhdid edən narahatlıqdır. Təzyiqinizi təbii üsullarla balansda saxlayın. Bunun üçün də ac qarına bal və sarımsaq yeyin.

"Pis" xolesterini nəzarətdə saxlayır

Çiy sarımsağı əzəndə yaranan allisin maddəsi qanın fəaliyyətini tənzimləyir. Damarlarda təmizlik rolu oynayır. Bundan başqa Triqliseridlərinin səviyyəsini də  balansda saxlayır.

İltihabı azaldır

Aparılan araşdırmalar onu göstərir ki, bir çox xroniki narahatlığa səbəb bədəndəki disbalansdan qaynaqlanan iltihabdır. Həm sarımsaq, həm də bal iltihaba qarşı ən yaxşı mübarizə üsuludur. Ödəm, artit, əzələ problemi kimi problemlərdə təsirlidir. Təbii ağrıkəsici rolu oynayır.