Genesis G70 Fast and Furious filmindəki səhnəni təkrar edib VİDEO


Digərləri 18 İyn 2019 21:05:00 305 0

Genesis G70 Fast and Furious filmindəki səhnəni təkrar edib  VİDEO

Hyundai şirkətinin premium subbrendi olan Genesis markası G70 sedanının idman xarakterini açıqlayan videoçarxlar seriyasını hazırlayıb. Birinci epizodda Top Gear şousunun amerikan versiyasının keçmiş aparıcısı olan Tanner Faust "Forsaj" filmindəki tryuku təkrar edib.

Əvvəlcə Genesis G70 arxaya hərəkət edir, sonra isə, 180 dərəcə dönərək dartıcı və yedəyin təkərlərinin arasından keçir. Tryukun quruluşçularının sözlərinə görə, əsas çətinlik 4,7 metrik sedanı, platformanın altındakı 6,7 metrik məkana sığışdırmaq idi.

Müəlliflər növbəti epizodlarda "Drayv" və "Balaca drayvda" filmlərindəki bəzi səhnələri təkrar etməyə söz veriblər.