Gəncədə xəstəxananın qarşısına meyit atıb qaçdılar


Kriminal 18 İyn 2019 20:23:35 232 0

Gəncədə xəstəxananın qarşısına meyit atıb qaçdılar

Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının girişinə naməlum kişi meyiti atılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsinin girişində "VAZ 21 07" markalı avtomobildə 20-30 yaş arası kişinin meyiti aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.