Koçaryanın məhkəməsi təxirə salındı


Dünya 18 İyn 2019 20:28:00 220 0

Koçaryanın məhkəməsi təxirə salındı

Ermənistanın Apellyasiya məhkəməsi keçmiş prezident Robert Koçaryanın məhkəmə iclasını təxirə salıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məhkəmə hakimi Armen Danielyan bildirib. İclas sabah keçiriləcək.

Məhkəmə Koçaryanla bağlı iki məsələyə baxır: ona qarşı ittiham aktının dəyişdirilməsi və iş üzrə icraatın dayandırılması.

Qeyd edək ki, Koçaryana qarşı 2018-ci ilin iyulunda 1 mart 2008-ci il aksiyaları zamanı konstitusion quruluşu dəyişməyə cəhdlə bağlı ittiham irəli sürülüb. O, 2018-ci ildə 2 dəfə həbs olunub. Sonuncu dəfə bu ilin mayında azadlığa buraxılıb.