Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır


Dünya 18 İyn 2019 19:30:00 256 0

Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır

Ermənistanın baş naziri Nikol Paşinyan 2016-cı ildə Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərindən sonra o zamankı Ermənistan prezidenti Serj Sarqsyan tərəfindən istefaya göndərilən generalları geri çağırır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Ermənistanın "Jamanak" nəşri məlumat yayıb.

Bildirilib ki, ilk olaraq, N.Paşinyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin sabiq rəisi, general-mayor Arşak Karapetyanı özünə müşavir təyin edib.

Bu gün isə növbəti sərəncamla Aprel döyüşləri zamanı Ermənistan SQ-nin rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin rəhbəri, general-mayor Komitas Muradyan yenidən ordu sıralarına qaytarılıb.

Aprel döyüşlərində vəzifəsindən azad edilən digər general, o dövrdə texniki təminat bölməsinin rəhbəri olan Alik Mirzabekyanın da yenidən vəzifəyə qaytarılacağı bildirilib.

Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb.