Misirdə “Anadolu” agentliyi və TRTnin saytlarına giriş bloklandı


Dünya 18 İyn 2019 19:00:00 354 0

Misirdə “Anadolu” agentliyi və TRTnin saytlarına giriş bloklandı

Misirdə Məhəmməd Mursinin ölümündən sonra "Anadolu Agentliyi" və TRT-nin internet saytlarına giriş dayandırılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı rəsmi mənbələr hər hansı açıqlama verməsə də, hər iki qurumun internet səhifələrinə giriş və mobil məlumatlar əldə etmək mümkün deyil.

Qeyri-rəsmi məlumata görə, buna Misirin hərbi yolla devrilmiş prezidenti Məhəmməd Mursinin ötən gün məhkəmə zalında vəfat etməsi ilə bağlı informasiyanın yayılması səbəb olub.