Azərbaycanla Yaponiya ekoturizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)


Digərləri 18 İyn 2019 18:21:47 213 0

Azərbaycanla Yaponiya ekoturizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub  (FOTO)

Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin yanında Turizm Agentliyinin sədr müavini Cun Takaşina ilə görüş keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin yanında Turizm Agentliyinin sədr müavini Cun Takaşina ilə görüş keçirilib. Bu barədə Trend-ə nazirlikdən bildirilib. Görüş zamanı Azərbaycan-Yaponiya arasında əməkdaşlığın mövcud vəziyyəti, həmçinin ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub və fikir mübadiləsi aparılıb.