Keçmiş icra başçısının otlaq sahəsi yandı


Digərləri 18 İyn 2019 18:10:00 274 0

Keçmiş icra başçısının otlaq sahəsi yandı

Abşeronda bu gün səhər saatlarında Qobustanın keçmiş icra başçısı Əlisəfa Cəbiyevə məxsus qış otlaq sahəsi yanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 200 hektarlıq ərazi mal-qara qışlağı kimi istifadə olunub. Səhər saatlarında isə otlaqda yanğın başlayıb. Yanğın rayon yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Qeyd edək ki, sabiq başçı sözügedən otlaqda mal-qara saxlasa da, hazırda heyvanlar yaylaqdadır.

Xatırladaq ki, Ə. Cəbiyev 2001-2005- ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.