Vyetnamda 2,5 milyondan çox donuz məhv edildi


Dünya 18 İyn 2019 17:45:00 261 0

Vyetnamda 2,5 milyondan çox donuz məhv edildi

Vyetnamda Afrika taunu virusu ilə əlaqədar fermalarda 2,5 milyondan çox donuz məhv edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi bildirib ki, "donuzların Afrika taunu" 63 əyalətin 58-də fermalarda yayılıb.

Bununla belə, Vyetnamda virusla əlaqədar fövqəladə vəziyyətin elan olunmayacağı bildirilib.

Qeyd olunur ki, bu virus kənd təsərrüfatına böyük ziyan vursa da, onun insana yoluxmaq təhlükəsi yoxdur.