Azərbaycan, Rusiya və İran arasında ortaq dəmir yolu müzakirə olundu


Digərləri 18 İyn 2019 17:36:00 202 0

Azərbaycan, Rusiya və İran arasında ortaq dəmir yolu müzakirə olundu

Azərbaycan, Rusiya və İran arasında dəmir yolunun birləşdirilməsi layihəsinin həyata keçirilməsi qərara alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak İranın İsfahan şəhərində keçirilən İran və Rusiya İqtisadi və Ticarət Əməkdaşlığı Birgə Komissiyasının 15-ci iclasında deyib.

Nazir bununla əlaqədar İran, Azərbaycan və Rusiya rəsmiləri arasında üçtərəfli görüşün yüksək səviyyədə keçəcəyinə ümid etdiyini qeyd edib.

A.Novak daha sonra əlavə edib ki, Rusiya və İran arasında kənd təsərrüfatı məhsullarının nəqli məqsədilə dəniz nəqliyyat xəttinin yaradılması planlaşdırılıb.