Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır FOTO
Digərləri 18 İyn 2019 17:09:00 237 0
Dörd gün əvvəl Xırdalanda baş verən yol qəzasında dünyasını dəyişən qadının yaxınları axtarılır.
Son.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, qəzada ölən qadının meyiti iyunun 14-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub. Hadisədən 4 gün keçməsinə baxmayaraq onun yaxınları hələ də tapılmayıb.
Fotodakı qadını tanıyanlardan Daxili İşlər Nazirliyinin "102" xidmətinə və ya Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə məlumat vermələri xahiş olunur.
Mənbə: milli.az