“Elə qeyrətlisənsə, bəs qızın üzünü niyə açıq göstərirsən?”


Digərləri 18 İyn 2019 16:40:00 266 0

“Elə qeyrətlisənsə, bəs qızın üzünü niyə açıq göstərirsən?”

Neyləyək indi? Qadınlara deyək ki, əks cinsin nümayəndələri ilə görüşməsin, yeyib-içmək məclislərinə getməsin, yoxsa onları çəkib şantaj edəcəklər, yataq səhnələrini ictimailəşdirəcəklər? Biz, ilk olaraq, bir fərd kimi bilməliyik ki, kiminsə şəxsi həyatına müdaxilə yolverilməzdir.

Son.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə son zamanlar sosial şəbəkələrdə və bəzi KİV orqanlarında şəxsi videoların qanunsuz olaraq yayımlanmasına münasibətində deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şəxsiyyətin toxunulmazlığı nəzərə alınmadıqda qadınlarımız Azərbaycan kimi ölkədə yayılmış hər hansı bir görüntülərər görə ölüm təhlükəsi ilə qarşılaşır:

"Bir müddət əvvəl qızların məclisdə çılpaq videosu yayılmışdı. Ola bilər ki, həmin görüntülərdə əxlaqi baxımdan hər hansı problemlər olsun. Ancaq heç bir halda kiminsə şəxsi həyatına müdaxilə etmək olmaz. Onun icazəsi olmadan belə videoların ictimailəşdiriməsi cinaətdir. Digər bir cinaət tərəfi isə, həmin insanların bilərəkdən və ya bilməyərəkdən atdığı addımlar, davranış pozuntusu, əxlaqi cəhətdən etdikləri sabah onun nəsil dediyimiz qohum-əqrəbasının da arasında müzakirə olunan zaman yaranır. Ailə fərdlərindən elələri olur ki, vəziyyətdən çıxış yolunu həmin çəxsin ölümündə görür. Görün düşünülməmiş bir addımın arxasında nə qədər təhlükələr var və nə qədər insan zərər çəkə bilər.

Bu yaxınlarda cənub rayonlarından birindən olan qadının intim münasibətindən guya hiddətə gəlmiş insanlar onu döymüşdü. Yaxşı, sən elə qeyrətlisən, bəs qızın üzünü niyə açıq göstərirsən, adını deyirsən? Cümlə, vergülü ilə onların restoranda nə etdiyini dilinə gətirirsənsə, deməli, sən özün virtual manyakın yekəsisən.

Maarifləndirmə axı hansı tərəfdən başlansın? İnsan əvvəlcə özü düşünməlidir ki, atacağı addım nələrə səbəb ola bilər. Görüntüləri paylaşan şəxslər isə dərhal hüquq mühafizə orqanına təhvil verilməlidir. Ancaq artıq o zaman da iş işdən keçmiş olacaq".

Hüquqşünas Bəxtiyar Hacıyev məsələyə hüquqi qiymət verərək bildirib ki, bu kimi görüntülərin icazəsiz yayımlanması mülki hüquq pozuntusudur və vətəndaş məhkəməyə müraciət edib cavabdeh şəxslərdən maddi təzminat tələb etmək hüququna malikdir:

Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, şəxsin sadəcə onun razılığı ilə onun haqqındakı məlumatların toplanmasına, yayılmasına və ya istifadə olunmasına icazə verilir.