Qazaxıstanda azərbaycanlı qadın tələyə salınaraq öldürüldü VİDEO


Kriminal 18 İyn 2019 16:17:00 296 0

Qazaxıstanda azərbaycanlı qadın tələyə salınaraq öldürüldü  VİDEO

Qazaxıstanın Almata şəhərində Azərbaycan vətəndaşı, iki uşaq anası Bəturə Məmmədovanın cəsədi tapılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Almatada gözəllik salonlarının birində kosmetoloq kimi çalışan Məmmədova mayın 27-si işdən evə qayıdarkən yoxa çıxıb.

Yaxınlarının sözlərinə görə, o, iş saatından sonra əlaqə saxlayaraq evə gəldiyini bildirib. Üzərində 20 min təngə məbləğində pul və bahalı zinət əşyaları olub. Adətən evə çatmaq üçün avtobus, daha sonra taksidən istifadə edən qadının evə gəlmədiyini görən ailə üzvləri polisə müraciət ediblər.

Və 3 həftə aparılan axtarışlardan sonra 40 yaşlı qadının cəsədi iyunun 15-də İliyskdan Karasay rayonuna gedən yoldakı Bereke qəsəbəsi yaxınlığında aşkarlanıb.

İlkin araşdırmalar zamanı cinayəti fərdi sərnişindaşıma ilə məşğul olan, Almatada yaşayan sürücü ilə arvadının törətdiyi məlum olub.

Qeyd olunur ki, B. Məmmədova işdən çıxandan sonra həmin maşına minib.