Sarri 3 futbolçunun transferini tələb edir


İdman 18 İyn 2019 15:45:00 254 0

Sarri 3 futbolçunun transferini tələb edir

Juventus-a baş məşqçi təyin olunan Mauritsio Sarri qarşısına böyük hədəflər qoyan klub rəhbərliyindən minimum 3 futbolçu transfer olunmasını istəyib.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis Lazio-dan Sergey Milinkoviç-Saviç, Fiorentina-dan Federiko Kyeza və Manchester United-dən Pol Poqbanın alınmasını xahiş edib. Təcrübəli çalışrıcı Sami Xedira, Mario Mancukiç və Paulo Dibala haqda isə hələ qərar verməyib.

Qeyd edək ki, Sarri bu vəzifədə bir müddət öncə komandadan ayrılan Massimiliano Alleqrini əvəzləyib.